17 İyun 2026
Dünya futbolu

“Yuventus” müdafiəçi üçün 40 milyon tələb edir

“Yuventus”un müdafiəçisi Andrea Kambiaso karyerasını başqa klubda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi 26 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir. İtaliyalı müdafiəçi ilə “Çelsi” və “Barselona” maraqlanır, London klubunun yaxın vaxtlarda rəsmi təklif verəcəyi gözlənilir.

Kambiaso ötən mövsüm 47 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43