17 İyun 2026
Ölkə futbolu

XƏBƏRİMİZ TƏSDİQLƏNDİ: “Qarabağ” yeni transferini açıqladı 

Yeni mövsümün hazırlığını davam etdirən “Qarabağ” növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi “Almeriya”dan Bruno Lanqanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı sol cinah müdafiəçisi 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında Portuqaliyanın “Eştrela” klubunda keçirib.

Xatırladaq ki, futbolçunun Ağdam klubuna keçidini ilk olaraq İdmanxeber.az saytı yazmışdı

Qeyd edək ki, “Qarabağ” Lanqadan əvvəl Zakaria Savo, Jali Muaddib və Samuel Lobatonu rənglərinə bağlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43