“Reyncers”in yarımmüdafiəçisi Nikolas Raskin İtaliya A Seriyasına yollana bilər.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı futbolçu ilə “Atalanta”nın maraqlandığı bildirilir. Hazırda dünya çempionatında çıxış edən oyunçu gələcəyi barədə danışmaq istəmədiyini bildirib.
Raskin bütün transfer məsələlərinin menecerləri tərəfindən aparıldığını deyib. Bununla belə, İtaliya klubunun yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir.
Transfer bazarında onun qiymətinin artdığı vurğulanır.

