19 İyun 2026
Dünya futbolu

Premyer Liqa klubu Portuqaliya millisinin üzvü ilə maraqlanır

“Tottenhem” Portuqaliya millisinin üzvü Mateus Fernandes uğrunda mübarizəyə qoşulub.

İdmanxeber.az-ın məlumatına görə, hazırda futbolçu ilə “Mançester Yunayted”, PSJ və “Real Madrid” də maraqlanır. “Vest Hem” yarımmüdafiəçini 80 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq istəmir.

Fernandes ötən mövsüm Premyer Liqada bütün oyunlarda meydana çıxıb. London klubunun maliyyə vəziyyətinə görə futbolçunun satıla biləcəyi bildirilir.

Danışıqların davam etdiyi vurğulanır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43