“Bavariya”nın ulduz futbolçusu Maykl Olise Avropa nəhənglərinin diqqətini cəlb etməkdə davam edir.
İdmanxeber.az-ın məlumatına görə, “Real” fransız futbolçu üçün 200 milyon avrodan çox təklif hazırlaya bilər. Madrid klubu hücum xəttini daha da gücləndirmək niyyətindədir.
“Bavariya” isə oyunçunu satmaq istəmir və onu toxunulmaz futbolçular siyahısına daxil edib.
Buna baxmayaraq, yay aylarında tərəflər arasında gərgin transfer mübarizəsinin yaşanacağı gözlənilir.

