“Bavariya” heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi Joao Palinya, Brayan Saraqosa, Saşa Boy və Aleksandr Nübel üçün təklifləri dinləməyə hazırdır. Almaniya nəhəngi bu satışlardan 50-60 milyon avro gəlir əldə etməyi hədəfləyir.
Həmçinin Hiroki İto və Kim Min Ce üçün də sərfəli təkliflər qəbul edilə bilər. “Bavariya” yeni transferlər üçün büdcə yaratmağa çalışır.
Klubun yay ərzində daha bir neçə oyunçu ilə yollarını ayıracağı gözlənilir.

