“Levante”nin hücumçusu Etta Eyonq İngiltərəyə köçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, kamerunlu futbolçu ilə həm “Everton”, həm də “İpsviç” maraqlanır. “Levante” oyunçu üçün 25-30 milyon funt tələb edir. Eyonq Premyer Liqada oynamağa daha isti yanaşır.
“İpsviç” artıq ilk danışıqlara başlayıb. Lakin “Everton”un da transfer yarışında ciddi rəqib olduğu bildirilir.

