Çexiya millisinin kapitanı Ladislav Kreyçi uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, “Vulverhempton” onu bu yaxınlarda birdəfəlik transfer etsə də, futbolçuya yeni təkliflər gəlir. “Lids” və “Beşiktaş”ın onunla maraqlandığı bildirilir.
Dünya çempionatındakı çıxışı oyunçunun bazar dəyərini artırıb.
Mütəxəssislər Kreyçinin uzun müddət Çempionşipdə qalmayacağını düşünür. Mövsüm ərzində yeni transfer ehtimalı istisna edilmir.

