“Şəfa” futbolçusu Nahid Əliyev ilə müqaviləni uzadıb.
İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Azərbaycanın U-21 millisinin üzvü olan Nahid Əliyev 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda “Mingəçevir” və “Turan Tovuz”un da formasını geyinib.
Qeyd edək ki, “Şəfa” bunadək Tərlan Quliyev, Elnur Cəfərov və Ramin Nəsirli ilə də müqavilə uzadıb.

