21 İyun 2026
Ölkə futbolu

“Qarabağ” Fransadan müdafiəçi gətirir – Kolumbiyalı futbolçuya təklif göndərildi

Azərbaycan çempionu “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az xəbər verir ki ki, bu barədə kolumbiyalı jurnalist Pipe Sierra məlumat yayıb. Onun sözlərinə görə, Ağdam təmsilçisi Fransanın “Bastia” klubunda çıxış edən kolumbiyalı müdafiəçi Xuan Xose Qevaranın transferində maraqlıdır.

Bildirilir ki, 24 yaşlı futbolçu ilə Polşanın “Rakuv” klubu da yaxından maraqlanır və hər iki tərəf artıq rəsmi təklif göndərib.

Mənbənin iddiasına əsasən, İspaniyanın “Leon” klubu da Qevaranı heyətinə qatmağa çalışır. Lakin transfer formulunda dəyişiklik edildiyinə görə danışıqların gedişində müəyyən çətinliklər yaranıb.

24 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm Liqa 2 təmsilçisi “Bastia”da 31 oyunda forma geyinib və bir qol vurub, eyni sayda assist edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43