19 İyun 2026
Ölkə futbolu

Təklifləri geri çevirdi, maaşında endirim etdi, “Neftçi” ilə müqavilə bağladı

“Neftçi” yarımmüdafiəçisi Elvin Camalovla bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçu ilə müqavilə müddətini 1 illik uzadıb.
Camalov komandada qalmaq üçün maaşında ciddi endirimə razılaşıb və klubla ortaq məxrəcə gəlib.

O, bir neçə Premyer Liqa klubundan təklif alsa da, karyerasını “ağ-qaralar”da davam etdirmək istəyib.

maraq dairəsində olan milli oyunçu, seçimində yenə “Neftçi”ni üstün tutub.

Klub rəhbərliyi ilə futbolçu arasında aparılan danışıqlar artıq yekunlaşıb və yeni müqavilə rəsmiləşib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43