“Neftçi” kapitanı Emin Mahmudovla yeni müqavilə imzalayıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi ən azı daha bir mövsüm “ağ-qaralar”ın formasını geyinəcək. Klub rəhbərliyi və futbolçu arasında aparılan danışıqlar uğurla yekunlaşıb. Tərəflər əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Məlumata görə, kapitan komandada qalmaq naminə maaşında ciddi endirimə gedib. Belə ki, o, əvvəlki əməkhaqqının təxminən 40 faizi məbləğdə yeni müqavilə şərtlərini qəbul edib.
“Ağ-qaralar” yaxın günlərdə Mahmudovla müqavilə imzaladığını rəsmən açıqlayacaq.

