20 İyun 2026
Ölkə futbolu

Yazda “Şamaxı”ya məsləhət bilindi, yayda özləri aldı

“Şamaxı”dan ayrılan futbolçu Rodriqo Fernandeşin “Sabah”a keçdiyini xəbər vermişdik.

Bu transfer barədə İdmanxeber.az saytı maraqlı detallar əldə edib. Belə ki, paytaxt təmsilçisi 25 yaşlı  yarımmüdafiəçini çoxdan izləyirmiş. “Bayquşlar” qışda bu futbolçunu heyətinə qatmaq istəyib.

Ancaq əcnəbi oyunçu limiti dolduğu üçün rəhbərlik transferdən vaz keçib. “Sabah” portuqaliyalıya görə əlavə rüsum ödəmək istəmədiyindən onu “Şamaxı”ya məsləhət görüb.

Bölgə təmsilçisi də Fernandeşin çıxışını  izləyib və mart ayında onu heyətinə qatıb. Daha sonra isə futbolçuyla başa çatan müqavilə yenilənməyib.

Bunun ardından “Sabah” uzun müddətdir izlədiyi 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalayıb.

“Sportinq” klubunun yetirməsi olan Rodriqo bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43