21 İyun 2026
Ölkə futbolu

“Seltik” “Qarabağ”ın hücumçusu üçün hərəkətə keçir – Baş məşqçi onu bəyənib

Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranı transfer etmək imkanını nəzərdən keçirir.

İdmanxeber.az-ın Şotlandiya mətbuatına istinadən verdiyi məlumata görə, Qlazqo təmsilçisi yay transfer dönəmində hücum xəttini gücləndirməyi planlaşdırır. Komandanın baş məşqçisi Martin O’Nill yeni mövsüm öncəsi ən azı iki hücumçu ilə heyəti gücləndirmək niyyətindədir.

Bu səbəbdən klub yeni hücumçu axtarışına çıxıb və namizədlərdən biri kimi “Qarabağ”ın formasını geyinən Kamilo Duranın adı hallanır. Məlumata görə, kolumbiyalı forvard klubunun maraq dairəsindədir.

Qeyd edək ki, Duran ötən mövsüm UEFA Çempionlar Liqasında “Qarabağ”ın heyətində fərqlənərək dörd müxtəlif rəqibə qarşı qol vurmağı bacarmışdı.

Bu göstərici onun Avropa klublarının diqqətini cəlb etməsində mühüm rol oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43