21 İyun 2026
Ölkə futbolu

“Başqa təkliflərim var idi, “Qarabağ”ı seçdim” – Jali Muaddib

“Kiprdə oynayırdım. “Qarabağ”dan təklif gəldi. Bu barədə ailəmlə danışdım. Onlar da mənə razılıq verdi. “Qarabağ” haqda sözsüz ki, məlumatım var idi. Çünki “Qarabağ” son illərdə hər zaman Avropa turnirlərində oynayır. Fəxr edirəm ki, mən bu kluba qoşuldum və “Qarabağ”ın bir hissəsiyəm. Başqa təkliflərim də var idi. Lakin seçimim “Qarabağ”dan yana oldu”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Jali Muaddib deyib.

O, “Zirə”ə qarşı keçirilmiş yoxlama görüşündən sonra jurnalistlərə açıqlama verib. Muaddib yeni komandasına adaptasiya prossesini yaxşı keçdiyini deyib: “Sözsüz ki, yeni komandaya keçəndə çətinlik çəkirsən. Çünki yeni olursan. “Qarabağ”dakı futbolçular yaxşı insanlardır. Hamı mənə kömək olmağa çalışır. Mən də çalışıram ki, qısa zamanda komandaya uyğunlaşım və bilim ki, məndən nə tələb olunur. Gəldiyim gündən çalışıram. “Qarabağ” mənə təklif göndərən kimi, bir gün ərzində bu kluba hə dedim. Klub son illərdə Avropada daimi oynayır, uğurlu çıxış edir. Komandanın strukturu bəllidir, baş məşqçi uzun illərdir “Qarabağ”dadır. Bilirəm ki, yaxşı klubdur. Bütün bunları nəzərə alaraq, mən 1 gün içərisində qərarımı verdim, “Qarabağ”a keçməyə razı oldum”.

Ağdam klubunun yeni transferi Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları “Vestri” haqda da fikirlərini bilidirib: “Məlumatımız odur ki, “Vestri” birinci liqanın komandasıdır. Son mövsümdə İslandiya kubokunu qazanıblar. Amma indi onu düşünmürük. Dəqiq olan odur ki, avrokuboklarda zəif rəqib yoxdur. Hər bir rəqibə qarşı oynamaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, onları udaq və növbəti mərhələyə keçək”. (Sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43