21 İyun 2026
Ölkə futbolu

“Neftçi” kapitanları ilə müqavilə uzatdı – RƏSMİ

“Neftçi” kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib Yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/18 mövsümündən “Neftçi”nin şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb. 

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində “Neftçi”də çıxış edib və 25 rəsmi oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43