“Arsenal” yay transfer pəncərəsində hücum xəttini gücləndirməyə çalışır.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi Markus Reşford transferi üçün vacib mərhələni geridə qoyub. Bildirilir ki, futbolçunun mümkün ayrılığı ilə bağlı maneələr xeyli azalıb.
Baş məşqçi Mikel Arteta yeni mövsüm öncəsi heyətə sürətli və universal hücumçu qatmaq niyyətindədir. Raşfordun adı son aylarda bir neçə Avropa nəhəngi ilə yanaşı çəkilsə də, hazırda “Arsenal” ən ciddi namizədlərdən hesab olunur.
Tərəflər arasında rəsmi danışıqların yaxın günlərdə başlaması gözlənilir.

