Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planı müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək.
“Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq

