“Qarabağ” qapıçılar Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam təmsilçinin mətbuat xidməti məlumat yayıb.
Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amin Ramazanovun isə müqavilə müddəti başa çatıb.
“Qarabağ” Fabian Buntiç və Amin Ramazanova “Qarabağ”ın uğurları naminə göstərdikləri xidmətlərə görə təşəkkür edib, hər ikisinə gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, “Qarabağ” ötən gün Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliçin transferini açıqlayıb.

