“Mançester Yunayted” yay transfer dövründə heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, klub “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etmək istəyir. İngiltərə təmsilçisi futbolçunun çıxışını uzun müddətdir izləyir.
Bildirilir ki, tərəflər arasında danışıqlar müsbət istiqamətdə gedir. “Atalanta” isə futbolçunun satışından yüksək məbləğ əldə etmək niyyətindədir.
Transferin yaxın günlərdə yekunlaşa biləcəyi vurğulanır.

