22 İyun 2026
Ölkə futbolu

Bölgə klubu əl dəyişir? – Danışıqlar davam edir

Azərbaycan I Liqa təmsilçisi “Zaqatala” klubunda rəhbər dəyişikliyi baş verə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, İlqar Nadiri bölgə təmsilçisinin başına keçmək niyyətindədir. Artıq bununla bağlı tərəflər arasında danışıqlar başlayıb.

İllərdir Azərbaycan I Liqasında çıxış edən Zaqatala təmsilçisi ciddi hədəflərlə mübarizə aparmır. Komanda maliyyə problemləri səbəbindən Premyer Liqaya vəsiqə qazana bilmir.

İ.Nadiri isə bölgə klubu ilə yüksək yerlər üçün mübarizə aparmaq istəyir. Bu səbəbdən də klubun başına keçmək niyyətindədir.

Hələlik tərəflər arasında danışıqlar gedir. Yekun razılıq əldə olunmayıb.

Xatırladaq ki, hazırda “Zaqatala” klubunun idarə heyətinin sədri Şaban Şirdanovdur. İlqar Nadiri isə son olaraq “Kəpəz”ə rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43