“Bavariya” Maykl Oliseni komandada saxlamaq üçün yeni müqavilə hazırlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya çempionu futbolçunun maaşını əhəmiyyətli dərəcədə artırmağa hazırdır. Buna səbəb isə “Real” və “Mançester Siti”nin oyunçuya maraq göstərməsidir.
Klub rəhbərliyi Oliseni gələcək layihənin əsas simalarından biri hesab edir. Tərəflər arasında ilkin danışıqların müsbət keçdiyi bildirilir.
Münhen təmsilçisi transfer söz-söhbətlərinə son qoymaq istəyir.

