24 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Qarabağ” daha bir futbolçu ilə anlaşdı

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İdmanxeber.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Rusiyanın “Pari” klubunda çıxış edən Renaldo Çepas transferi ilə bağlı qarşı tərəflə razılıq əldə edib. Bildirilir ki, transferin dəyəri 1 milyon dollar təşkil edir.

Müqavilədə əlavə olaraq 200 min dollar məbləğində bonusların da yer aldığı qeyd olunur.

Yamaykalı vinger ötən mövsüm Rusiyada 29 oyunda forma geyinib və 1 qol vurub, 3 assist edib.

Qeyd olunur ki, klublar artıq transferin son detalları üzərində razılığa gəliblər və keçidin yaxın vaxtlarda rəsmiləşdirilməsi gözlənilir.

26 yaşlı futbolçu karyerası ərzində “Şkupi”, “Ankaragücü” kimi klubların formasını geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43