23 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” “Real”ın iki ulduzunu izləyir

İngiltərə nəhəngi yay transfer bazarında yarımmüdafiəni gücləndirməyi planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, klubun diqqətində Eduardo Kamavinqa və Orelyen Çuameni var. Məlumata görə, Kamavinqa Premyer Liqaya keçid variantını nəzərdən keçirməyə hazırdır.

Bununla belə, onun əsas məqsədi Madrid klubunda qalmaqdır. “Real” rəhbərliyi futbolçu üçün təxminən 60 milyon avro tələb edə bilər.

Çuameninin isə hazırda satış siyahısında olmadığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43