Argentina millisinin hücumçusu Xulian Alvares karyerasında yeni səhifə açmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Atletiko Madrid”dən ayrılmaq istədiyini açıqlayıb. Onun xidmətində “Barselona”, “Real” və “Arsenal” maraqlıdır. Alvares ötən mövsüm bütün turnirlərdə 20 qol vuraraq diqqət mərkəzinə düşüb.
Bildirilir ki, futbolçunun əsas arzusu “Barselona”ya keçməkdir. Onun agentinin artıq Kataloniya klubunun rəhbərliyi ilə görüş keçirdiyi iddia olunur.
Transferin yay aylarında rəsmiləşə biləcəyi qeyd edilir

