“Arsenal” yay transfer pəncərəsində əsas hədəfini müəyyənləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi “Aston Villa”nın hücumçusu Morqan Rocersi heyətinə qatmaq istəyir. 23 yaşlı futbolçu ötən mövsüm göstərdiyi uğurlu çıxışla bir çox klubların diqqətini çəkib.
Bildirilir ki, transferin dəyəri 100 milyon funt-sterlinqə çata bilər. “Çelsi” də futbolçu ilə maraqlansa da, “Arsenal”ın daha şanslı olduğu vurğulanır.
Rocersin özü də karyerasını “Arsenal”da davam etdirməyə müsbət yanaşır.

