17 yaşlı gürcü yarımmüdafiəçi Andria Bartişvili Avropanın diqqət mərkəzinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, həm “Arsenal”, həm də “Liverpul” futbolçu üçün eyni məbləğdə təklif göndərib. Lakin Bartişvili hazırda hansısa klubla razılıq əldə etmədiyini açıqlayıb.
Gənc futbolçunun İngiltərəyə transferi yalnız 18 yaşını tamamladıqdan sonra mümkün olacaq.
Futbolçunun yaxın günlərdə yekun qərarını verəcəyi gözlənilir. Transfer uğrunda mübarizənin kifayət qədər gərgin keçəcəyi bildirilir.

