“Barselona” rəhbərliyi müdafiəçi Andreas Kristensen ilə yeni müqavilə barədə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, danimarkalı futbolçunun sözləşməsi 2028-ci ilə qədər uzadılıb. Bildirilir ki, oyunçu klubda qalmaq üçün maaşında endirimə də razılaşıb.
Buna baxmayaraq, kataloniyalılar onun mümkün satışı variantını gündəmdən çıxarmayıb. Futbolçunun son mövsümdə tez-tez zədələnməsi rəhbərliyi düşündürən əsas məqamlardan biridir.
Hazırda Premyer Liqa və A Seriyasından bir neçə klub onun vəziyyətini izləyir.

