London təmsilçisi Mərakeş millisinin gənc yarımmüdafiəçisi Əyyub Buaddini heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı futbolçu ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında parlaq çıxışı ilə diqqət çəkib. Futbol eksperti Emmanuel Peti onun “Arsenal”ın yarımmüdafiəsini daha da gücləndirə biləcəyini bildirib.
Buaddi hazırda Fransanın “Lill” klubunda çıxış edir. Onun transfer dəyərinin təxminən 60 milyon funt sterlinq olduğu vurğulanır.
İngilis klubunun yaxın günlərdə rəsmi addım atacağı gözlənilir.

