“Turan Tovuz” ayrılan Ayxan Hüseynovun yeni klubu bəlli olub.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin üzvü “Zirə”yə keçib.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, A.Hüseynov “Zirə”dən başqa, Rusiyanın “Leninqradetç”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu” və “Ximki” klublarında çıxış edib.

