“Qarabağ”ın hücumçusu Kamilo Duran karyerasını Şotlandiyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Seltik” 22 yaşlı futbolçunun transferində maraqlıdır. Qlazqo təmsilçisinin yaxın günlərdə Ağdam klubuna 2,2 milyon avroluq rəsmi təklif göndərəcəyi bildirilir.
Duranın ötən mövsüm həm Azərbaycan çempionatında, həm də avrokuboklarda göstərdiyi performans Şotlandiya klubunun diqqətini cəlb edib.
Tərəflər arasında danışıqların başlaması gözlənilir. “Qarabağ”ın təklifə necə cavab verəcəyi isə hələlik məlum deyil.

