“Qarabağ” Avstriyada keçirilən təlim-məşq toplanışına start verib.
İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçirəcək. Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq (saat 19:00). Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq.
Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da, “Ferentsvaroş” ilə qarşılaşma isə saat 20:00-da başlayacaq.
“Qarabağ”ın bu gün baş tutan məşqindən videoçarxı sizə təqdim edirik:

