İngiltərə Premyer Liqasının iştirakçısı “Tottenhem” yay transfer pəncərəsində növbəti keçidini reallaşdırıb.
İdmanxeber.az-ın məlumatına görə, klub “Brayton”un müdafiəçisi Yan Paul van Hekkeni heyətinə qatıb. London təmsilçisi bu transferlə müdafiə xəttindəki problemləri aradan qaldırmağa çalışır.
Futbolçunun yeni mövsümdə əsas heyətin vacib üzvlərindən biri olacağı gözlənilir. Transfer artıq rəsmi mənbələrdə təsdiqlənib.
“Tottenhem” yay ərzində daha bir neçə futbolçu ilə müqavilə bağlamağı planlaşdırır

