“Real”ın yenidən Erlinq Haaland üçün hərəkətə keçdiyi bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid nəhəngi “Mançester Siti”nin norveçli hücumçusunu əsas transfer hədəflərindən biri hesab edir.
Mümkün keçidin dəyərinin 200 milyon avronu keçəcəyi qeyd olunur. Klub rəhbərliyi hücum xəttini uzunmüddətli perspektiv üçün gücləndirmək istəyir.

