24 İyun 2026
Kateqoriyasız

Paytaxt klubu hücumçu almaq üçün satış etməlidir

“Roma”nın “Marsel”in hücumçusu Meyson Qrinvudu transfer etmək cəhdi gözlənilməz maneə ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi ingiltərəli futbolçunun keçidini maliyyələşdirmək üçün əvvəlcə Manu Koneni satmalıdır. Yarımmüdafiəçi ilə PSJ və “Arsenal” yaxından maraqlanır.

Bildirilir ki, “Marsel” Qrinvudu yay transfer dövrünün əsas gəlir mənbəyi hesab edir və onun satışından 50-55 milyon avro əldə etməyi planlaşdırır. Fransa klubunun bu vəsaitə maliyyə nəzarət orqanı DNCG-nin iclasından əvvəl ehtiyacı var.

“Roma” daha əvvəl 35-40 milyon avro, daha sonra isə 40 milyon avroluq təklif göndərsə də, hər iki təklif rədd edilib. Hazırda İtaliya klubu 45-50 milyon avro arasında yeni təklif hazırlayır.

Qrinvud uğrunda mübarizədə “Fənərbağça” və “Atletiko Madrid”in də adı hallanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43