24 İyun 2026
Dünya futbolu

“Mançester Siti” “Çelsi”dən müdafiəçi transfer edir

“Mançester Siti” müdafiə xəttini gücləndirmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, klubun diqqət mərkəzində “Çelsi”nin sağ cinah müdafiəçisi Malo Qusto var. Yeni baş məşqçi Enzo Mareskanın futbolçunu komandasında görmək istədiyi bildirilir.

Qusto daha əvvəl də Mareska ilə birlikdə çalışıb. İngilis nəhəngi transfer üçün rəsmi addımlar atmağa hazırlaşır.

“Çelsi”nin isə futbolçunu satmağa necə yanaşacağı hələ məlum deyil. Danışıqların yaxın günlərdə intensivləşəcəyi gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43