“Barselona”nın əsas transfer hədəflərindən biri olan Julian Alvarezin gələcəyi yenidən gündəmə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı hücumçu açıq şəkildə klubunu dəyişmək istədiyini bildirib. O, Kataloniya təmsilçisinə keçidi arzuladığını gizlətməyib.
Bu açıqlama Madrid təmsilçisinin azarkeşlərinin ciddi narazılığına səbəb olub. “Atletiko” isə futbolçunu yalnız sərbəstqalma məbləği ödənilərsə buraxacağını açıqlayıb.
“Barselona” rəhbərliyi yeni təklif hazırlayır.

