FIFA 2029-cu ildən Klublararası Dünya Çempionatının iştirakçı sayını artırmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, hazırda 32 komandanın iştirak etdiyi turnirin 48 klubla keçirilməsi müzakirə olunur. Avropa klubları da yeni formata müsbət yanaşır.
Xüsusilə İngiltərə təmsilçilərinin sayının artırılması gündəmdədir. Layihənin yaxın aylarda rəsmiləşməsi gözlənilir.

