ABŞ millisinin hücumçusu Folarin Baloqun uğurlu dünya çempionatından sonra transfer bazarının diqqət mərkəzinə çevrilib.
İdmanxeber.az-ın məlumatına görə, hazırda “Monako”da çıxış edən forvardla bir sıra aparıcı Avropa klubları maraqlanır. İngiltərə Premyer Liqası təmsilçilərinin onu yaxından izlədiyi bildirilir.
“İnter”in də futbolçunun vəziyyətini nəzarətdə saxladığı vurğulanır.
“Monako”nun isə oyunçunu təxminən 57 milyon dollar qarşılığında satmağa hazır olduğu qeyd edilir.

