“Everton” “Vest Hem”in kapitanı Cerrod Boueni transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Liverpul təmsilçisi artıq futbolçunun ətrafı ilə ilkin təmaslar qurub. 29 yaşlı cinah oyunçusunun yayda klubunu dəyişə biləcəyi iddia olunur.
“Vest Hem” heyətdə yenidənqurma işləri apardığı üçün bəzi aparıcı oyunçuların satışı istisna edilmir.
Bouenin gələcəyi ilə bağlı yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.

