25 İyun 2026
Ölkə futbolu

“Səbail” yeni transferini açıqladı

“Səbail” 2026/2027-ci il mövsümü üçün növbəti transferini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, son olaraq MOİK-də çıxış etmiş, klubun yetirməsi olan Zeynəddin Abdurahmanovla 1+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi U-21 millimizin heyətində 4 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43