26 İyun 2026
Ölkə futbolu

“Neftçi” bu transferi bitirdi – AÇIQLAYIR

“Neftçi” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, Bakı təmsilçisi Yunanıstanın “Larisa” klubunda çıxış edən Lyubomir Tupta ilə razılığa gəlib. Slovakiya millisinin 28 yaşlı mərkəz hücumçusunun yaxın günlərdə Bakıya gələrək müqavilə imzalaması gözlənilir.

Azad agent statusunda olan futbolçu ilə imzalanacaq müqavilənin detalları da məlumdur. Hücumçuyla 2+1 illik sözləşmə bağlanacaq. 

Lyubomir Tupta Slovakiya millisinin formasında 21 oyuna çıxıb. O, ötən mövsüm 8 qol, 2 assistlə yadda qalıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43