“Kəpəz”in yeni rəhbərliyi Gəncəyə yollanıb.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-göylər”in idarə heyətinin sədri olacaq Anar Abdullayev bu gün klubun bazasına baş çəkəcək. O, komanda ilə tanış olacaq və yeni baş məşqçi Azər Məmmədovla görüşəcək.
Klub rəhbəri növbəti mövsümün hədəfləri barədə məşqçilər heyəti ilə söhbət aparacaq.
Təcrübəli mütəxəssisin təqdimatının da bu gün olması gözlənilir.

