26 İyun 2026
Ölkə futbolu

“Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm” – “Qarabağ”ın yeni transferi

“İlk demək istədiyim hər şeyə görə Tanrıya şükür etməkdir. Hər şeyə görə çox minnətdaram. Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Renaldo Sefas sosial şəbəkə hesabında paylaşım edərək Ağdam təmsilçisinə keçidindən məmnunluğunu ifadə edib.

O, daha sonra belə davam edib:

“Klubdakı əməkdaşlara təşəkkür etmək istəyirəm. Onlar mənim burada özümü evimdəki kimi hiss etməyimə şərait yaratdılar”.

Renaldo Sefas dünən “Qarabağ”la 3 illik müqavilə imzalayıb. Ağdam təmsilçisi Sefasa görə onun klubu olmuş “Pari NN”ə (Rusiya) 1 milyon avro təzminat ödəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43