26 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” seneqallı hücumçu ilə müqavilə bağladı

“Turan Tovuz” futbolçusu İbrahima Vadji ilə müqaviləni uzadıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı seneqallı hücumçunun yeni sözləşməsi 1+1 illikdir.

Qeyd edək ki, İbrahima Vadji ötən ilin iyul ayından “Turan Tovuz”da çıxış edir. O, Tovuz təmsilçisində 30 oyuna 4 qol vurub, 2 qol ötürməsi edib. Vadji  2021-2022-ci illərdə “Qarabağ”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43