İdmanxeber.az xəbər verir ki, klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən kabo-verdeli futbolçu komandanın heyətində 2021-2022-ci, 2022-2023-cü, 2023-2024-cü və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022-ci və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb. Komandanın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023-cü və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022-ci və 2022-2023-cü illər mövsümlərində UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.
Andrade “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

