27 İyun 2026
İdman

Hidayət Heydərov bürünc medal qazandı

Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri davam edir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycanın daha iki cüdoçusu turnirdə medal qazanıb.

Hidayət Heydərov bürünc, Zelim Tçkayev isə qızıl mükafata yiyələnib. Hər iki idmançı 81 kq çəki dərəcəsində mübarizə aparıb. 

Xatırladaq ki, ötən gün Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43