29 İyun 2026
Ölkə futbolu

“Kəpəz” portuqaliyalı oyunçuya üz tutdu -Transfer üçün cavab gözləyir

“Kəpəz” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi əcnəbi qapıçı axtarışındadır. “Sarı-göylər” heyəti tanış oyunçu ilə gücləndirmək niyyətindədir.

Rəhbərlik vaxtı ilə komandada çıxış etmiş Rojerio Santosu gündəminə alıb. Portuqaliyalı qolkiper İsrailin “İroni Tiberias” klubundan ayrılıb. O, hazırda azad agentdir.

“Kəpəz” qapıçını transfer etmək istəsə də, maliyyə məsələsi buna əngəl ola bilər. Çünki Gəncə klubunun təcrübəli qapıçı üçün etdiyi maaş təklifi elə də yüksək deyil. Portuqaliyalının buna nə cavab verəcəyi yaxın günlərdə bilinəcək.

Xatırladaq ki, Rojario Santos 2024-2025 mövsümünü “Kəpəz”də keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43