“İnter” “Liverpul”un yetirməsi Körtis Consu transfer etmək niyyətindən əl çəkməyib.
İdmanxeber.az-ın məlumatına görə, Milan təmsilçisi daha əvvəl göndərdiyi təklif rədd olunsa da, yay transfer pəncərəsində yeni cəhd etməyə hazırlaşır. “Liverpul” 24 yaşlı yarımmüdafiəçini 35-40 milyon funt sterlinqdən aşağı qiymətə satmaq istəmir.
Ötən mövsüm Cons bütün turnirlərdə 38 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Arne Slotun rəhbərliyi altında əsas heyətdə daim yer ala bilməyən futbolçunun ayrılmaq ehtimalı yüksək qiymətləndirilir.
“Nottingem Forest”in də onunla maraqlandığı bildirilir.

