Azərbaycanlı qapıçıya ölkəxaricindən təkliflər var.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Yusif İmanovdan gedir. Albaniya Superliqasından iki komanda qolkiperlə yaxından maraqlanır.
Hətta klublar oyunçunun meneceri ilə də əlaqə saxlayıblar.
Ancaq İmanov təkliflərlə maraqlanmır. O, karyerasını Albaniyada davam etdirmək niyyətində deyil.
Azərbaycanlı qapıçı daha yaxşı təkliflər gözləyir. Ötən mövsümün ikinci yarısını “Kəpəz”də keçirən qolkiper hazırda azad agentdir.

